Haqqımızda

Müasir biznes-prosesləri informasiya texnologiyalarsız təsvir etmək artıq qeyri-mümkündür.

“HASA TECHNOLOGY” MMC -şirkəti 2016-ci ildə təsis edilmişdir. Şirkətin ixtisası – Azərbaycan ərazisində ən yeni informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərilməsidir.

  • Biznesdə yaranan problemlərin informasiya texnologiyalarının köməyi ilə həll edilməsi;
  • Müəssisənin spesifikasiyası və fəaliyyət sahəsi nəzərə alınmaqla oradakı proseslərin avtomatlaşdırılması;
  • Proqram və aparat səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsi;

Artıq 5 ildir ki, “HASA TECHNOLOGY” MMC şirkəti iri və orta biznes üçün IT-həllərin tətbiqi sahəsində çalışır. Zaman keçdikcə, şirkətimizin təklif etdiyi məhsul və xidmətlərə proqramlaşdırma da əlavə olundu. Hal-hazırda isə “HASA TECHNOLOGY” “Gemalto” və “Thales” şirkətlərin Azərbaycanda rəsmi distributor sayılır, startaplarla əməkdaşlıq və kompüter server avadanlıqlarının satışı, onların ekspert qiymətləndirilməsi, xüsusi mülkiyyətçi-müştəriyə hesablanmış video nəzarət şəbəkələrin və növbə gözləmə sistemlərin quraşdırılması, domofon sistemin təşkili – kimi layihələri irəli sürür.

Müvəffəqiyyətə gedən yol

“HASA TECHNOLOGY” MMC inteqrasiya məsələlərindən – təşkilatların meydana çıxan yeni, müasir problemlərinin həllinə yönəlmiş kompleks proqram-aparat sistemlərindən ilk addımlarını atmağa başlamışdır.

Artıq Azərbaycanın iri şirkətləri: banklar, restoranlar, supermarketlər “HASA TECHNOLOGY” MMC müştərilərinə çevrilmişlər. Beynəlxalq korporasiyalar öz filialları arasında rabitə yaratmaq üçün “HASA TECHNOLOGY” MMC'in xidmətlərindən istifadə edirlər.

“HASA TECHNOLOGY” MMC şirkəti 2016-ci və 2020-ci illərdə baş vermiş böhranları uğurla adlayaraq inkişaf etməyə və yeni-yeni bazarlar fəth etməyə davam edir.

Artıq şirkətimiz istisnavi olaraq korporativ müştərilərlə əməkdaşlıq etmək praktikasından irəli doğru bir addım da ataraq, indi fiziki şəxslərə də xidmət etməyə başlamışdır.

Təqdim edilən xidmətlər

“HASA TECHNOLOGY” MMC şirkətinin saytında Siz təqdim edilən məhsullar, xidmətlər, partnyorlarımız haqqında müfəssəl məlumatlar ala bilərsiniz. Artıq qeyd edildiyi kimi “HASA TECHNOLOGY” MMC aşağıdakılar səbəbindən biznesdə yaranan problemlərin həlli ilə mə.ğuldir:

  • insan amili;
  • resursların (maliyyə, enerji, vaxt) qeyri-rasional istifadəsi;
  • informasiya təhlükəsizliyi sistemində yaranmış pozuntular, mühafizə sistemlərinin azlığı (məsələn, videomüşahidənin olmaması);
  • elektrik enerjisi təminatının kəsilməsi və digər fövqəladə hallar.

Məlumatların “bulud” saxlancları, fəlakətədavamlı sistemlər, düzgün düşünülmüş sənəd dövriyyəsi – bütün bunlar “HASA TECHNOLOGY” MMC şirkətinin köməyi ilə həyata keçə bilərlər.

İnsanyönümlü biznes

“HASA TECHNOLOGY” MMC şirkəti öz müştərilərinin qayğısına qalır. Onun təqdim etdiyi avadanlıqlar dünya bazarının liderləri tərəfindən istehsal edilmişdir. Proqram təminatı isə istisnavi olaraq ya lisenziyalıdır, ya da ki, öz mütəxəssisləri tərəfindən hazırlanmışdır. Şirkətin təklif etdiyi bütün məhsullar ilkin testləşdirmədən keçirlər.

“HASA TECHNOLOGY” MMC in müştərilərinin xidmətində:

  • ilk tələblə aparatlara baxış və təmiri keçirməyə hazır olan servis mərkəzi;
  • sertifikatlaşdırılmış mütəxəssislər.

Hər hansı bir həlli tətbiq etməmişdən qabaq “HASA TECHNOLOGY” MMC müəssisənin auditini keçirir. Belə ki, konkret bütün aspektlərinin və nüanslarının öyrənilməsi həmin ehtiyaclarını maksimal şəkildə ödəyən məhsulları işləyib hazırlamağa imkan verir. Bu isə insan ehtiyatlarından başlamış maliyyə resurslarına kimi bütün xərclərin gözəçarpacaq tərzdə azalmasına və resursların düzgün bölüşdürülməsinə gətirib çıxarır.

“HASA TECHNOLOGY” MMC: Sizin üçün ən yeni texnologiyalar!
Top